Tarix
On illik təcrübədən strateji transformasiyaya: “Resurs İdarəetmə Mərkəzi” MMC yeni inkişaf mərhələsinə qədəm qoyur
- 2016–2017
Təsis və ilk istiqamət
2016-cı il fevralın 2-də dövlət qeydiyyatına alınan “Resurs Effektivliyi Mərkəzi” MMC fəaliyyətinin ilk mərhələsindən etibarən resurslardan səmərəli istifadə və daha təmiz istehsal prinsiplərinin təşviqini prioritet istiqamət kimi müəyyənləşdirib. Bu çərçivədə ölkənin aparıcı ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında silsilə elmi-praktiki seminarlar və konfranslar təşkil olunub, həyata keçirilən layihənin yekun konfransı isə 2017-ci ilin may ayında Bakıda baş tutub.
Resurs səmərəliliyiDaha təmiz istehsalElmi-praktiki seminarlar və konfranslar - Sonrakı mərhələ
Fəaliyyət spektrinin genişlənməsi
İnkişafının sonrakı mərhələsində Mərkəz fəaliyyət spektrini genişləndirərək peşə hazırlığı, ixtisasartırma təlimləri və korporativ konsaltinq sahələrinə fokuslanıb. Qurum tərəfindən çoxsaylı biznes subyektlərinə strateji idarəetmə üzrə məsləhət xidmətləri göstərilib, habelə vergi və mühasibat uçotunun diaqnostikası, sistemli qurulması və effektiv idarə edilməsi istiqamətində kompleks həllər tətbiq edilib. Eyni zamanda, “Mühasib” peşə hazırlığı kursları, ixtisaslaşmış vergi uçotu təlimləri, maarifləndirici seminarlar və işgüzar sahibkarlıq görüşləri mütəmadi xarakter alıb, 2024-cü ildə isə müasir standartlara cavab verən yeni təlim mərkəzi istifadəyə verilib.
Peşə hazırlığıİxtisasartırma təlimləriKorporativ konsaltinqVergi və mühasibat uçotu - 2026
Yeni inkişaf mərhələsi
2026-cı ildə onillik fəaliyyət dövrünü uğurla yekunlaşdıran qurum institusional transformasiya mərhələsinə keçid edib. Bu prosesin məntiqi davamı olaraq, 29 oktyabr 2026-cı ildə “Resurs İdarəetmə Mərkəzi” MMC dövlət qeydiyyatına alınıb. Ötən on il ərzində toplanmış elmi-praktiki təcrübənin, korporativ dəyərlərin və inkişaf fəlsəfəsinin varisi olan yeni qurum fəaliyyətini resursların strateji idarə edilməsi, elmi tədqiqatlar, konsaltinq, təlim, innovasiya, təchizat, logistika və müasir texnologiyalar istiqamətində daha geniş miqyasda davam etdirməyi hədəfləyir.
Resursların strateji idarə edilməsiElmi tədqiqatlarKonsaltinqTəlimİnnovasiyaTəchizatLogistikaMüasir texnologiyalar
