Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilmiş "Resurs Effektivliyi və Daha Təmiz İstehsalat: Sənayedə sudan istifadə" mövzusunda birgə Forum

Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən Avropa Komissiyasının "Yaşıl İqtisadiyyat" Proqramı çərçivəsində həyata keçirilən "Resurs Effektivliyi və Daha Təmiz İstehsalat üzrə Nümayiş Komponenti" (RECP) və Azərbaycan Memarlıq və İnşaat Universiteti 18 may 2016-cı il tarixində ev sahibi universitetin Konfrans Zalında "Resurs Effektivliyi və Daha Təmiz İstehsalat: Sənayedə sudan istifadə" mövzusunda birgə Forum keçirmişdir.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası kimi aidiyyəti dövlət qurumlarının, milli ali təhsil və elmi-tədqiqat müəssisələrinin, vətəndaş cəmiyyəti və sahibkarlıq təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Açılış mərasimində Memarlıq və İnşaat Universitetinin professoru və Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti prof. Fəğan Əliyev və UNIDO-nun RECP Nümayiş Komponentinin Milli Koordinatoru cənab Rauf Rzayev iştirakçıları salamlaraq Forumda müzakirə olunacaq mövzunun aktuallığını vurğulamışlar.
Daha sonra aşağıdakı məruzələr və təqdimatlar dinlənilmişdir:
- RECP Nümayiş Komponentinin Milli Koordinatoru cənab Rauf Rzayev – "Proqramın məqsəd və vəzifələri, görülmüş tədbirlər və gələcək perspektivlər";
- Memarlıq və İnşaat Universitetinin dosenti dr. Asif Kəngərli – "Sənayedə sudan səmərəli istifadə: Müasir yanaşmalar və praktiki həllər";
- RECP Nümayiş Komponentinin Milli Məsləhətçisi, Ph.D. Bəhruz Məmmədov – "RECP Proqramının biznes müəssisələri tərəfindən tətbiqi – su səmərəliliyi imkanları və əldə olunmuş nəticələr".
Sonra Forum öz işini resurs effektivliyi və daha təmiz istehsalat, su ehtiyatlarından səmərəli istifadə vasitəsilə iqtisadiyyatın və onun müxtəlif sahələrinin rəqabət qabiliyyətinin artırılması imkanları, ətraf mühitin yaxşılaşdırılması, müvafiq sahədə qlobal, regional və yerli çağırışlar, məqsədlər, imkanlar və öhdəliklər ətrafında müzakirələrlə davam etdirmişdir.
Bundan əlavə, ölkədəki sahibkarlıq subyektlərində aparılmış qiymətləndirmələrin nəticələri, Proqrama uyğun olaraq müəssisələr tərəfindən su ehtiyatlarından səmərəli istifadə ilə bağlı irəli sürülmüş təkliflər və onların tətbiqi, habelə kiçik və orta sahibkarlar üçün hazırlanmış RECP üzrə ilkin rəhbər vəsaitin müxtəlif aspektləri diqqət mərkəzində saxlanılmışdır.
Eyni zamanda, Kommunikasiya və Təbliğat Xidmətlərinin Texniki Tapşırığına (Terms of Reference) uyğun olaraq, RECP-nin fəaliyyəti haqqında filmlərin çəkilişi üçün Forumun peşəkar videoçəkilişi aparılmış, tədbirin mediada işıqlandırılması məqsədilə müvafiq mətbuat məlumatları hazırlanaraq yayımlanmışdır.
Oxşar xəbərlər
Tədbir“Mənfəət Vergisi Bəyannaməsinin hazırlanması və Vergi Məcəlləsindəki Dəyişikliklər: Yeni Tələblər və Praktik Yanaşmalar” adlı seminar keçirilib
25 yanvar 2025-ci il tarixində Resurs Effektivliyi Mərkəzi və Azərbaycan Konsaltinqlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakı KOB Evində mənfəət vergisi bəyannaməsi mövzusunda seminar keçirilib.
Ətraflı oxu
Tədbir“Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında iştirak
23 oktyabr 2024-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş Mikromaliyyə Konfransında Resurs Effektivliyi Mərkəzinin təsisçisi Fuad Məmmədov iştirak etmişdir.
Ətraflı oxu
Tədbir“Fiziki Şəxslərin Gəlir Vergisi - sual doğuran məqamlar” mövzusunda seminarda iştirak
2 avqust 2024-cü il tarixində ARPA-nın təşkilatçılığı ilə Bakı KOB Evində keçirilmiş “Fiziki Şəxslərin Gəlir Vergisi - sual doğuran məqamlar” mövzusunda seminarda Resurs Effektivliyi Mərkəzi iştirak etmişdir.
Ətraflı oxu