Şriftin ölçüsü:
Resurs İdarəetmə MərkəziPeşəkar yanaşma, effektiv həll!
Ana səhifə / Media / Xəbərlər / Resurs Effektivliyi Mərkəzinin 10 illik yubileyi
Bütün xəbərlər
Xəbər2 fevral 2026

Resurs Effektivliyi Mərkəzinin 10 illik yubileyi

Resurs Effektivliyi Mərkəzinin 10 illik yubileyi

02 fevral 2016-cı il tarixində 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınmış “Resurs Effektivliyi Mərkəzi” MMC-nin təsis edilməsindən 10 il ötür. Ötən onillik təşkilatın formalaşması, institusional inkişafı və fəaliyyət istiqamətlərinin genişləndirilməsi baxımından əlamətdar bir dövrdür. Mərkəz resurslardan səmərəli istifadə, biznes məsləhət, təlim, idarəetmə və effektiv həllərin tətbiqi kimi istiqamətləri öz fəaliyyət fəlsəfəsinin əsasını təşkil edən dəyərlər kimi qəbul edir. Müasir dövrün çağırışları, innovasiyalar və texnoloji yeniliklər təşkilatın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Onillik fəaliyyət təcrübəsinə əsaslanaraq Mərkəz qarşıdakı dövrdə də peşəkar yanaşma, innovativ düşüncə və effektiv həllər prinsiplərinə sadiq qalmağı hədəfləyir. Bu əlamətdar yubiley münasibətilə təşkilatın inkişafına töhfə vermiş hər kəsə təşəkkürümüzü bildirir, əməkdaşlarımıza və tərəfdaşlarımıza uğurlar arzulayırıq.

Oxşar xəbərlər