Şriftin ölçüsü:
Resurs İdarəetmə MərkəziPeşəkar yanaşma, effektiv həll!
Ana səhifə / Media / Xəbərlər / Vergi uçotu təlimlərinin tədrisi davam edir
Bütün xəbərlər
Təlim1 fevral 2024

Vergi uçotu təlimlərinin tədrisi davam edir

Vergi uçotu təlimlərinin tədrisi davam edir

Resurs Effektivliyi Mərkəzi tərəfindən 21 dekabr 2023-cü il tarixində tədrisinə başlanılmış vergi uçotu təlimləri davam edir. Təlimlər ərzində vergi uçotuna dair nəzəri və praktiki biliklərin aşılanması, real maliyyə situasiyalarına uyğun halların simulyasiya formatında qiymətləndirilməsi, qanunvericiliyə uyğun və effektiv tətbiqi qərarların müəyyən edilməsi və icrası həyata keçirilir.

Ötən müddət ərzində müdavimlərə zəruri nəzəri biliklər, Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə təsbit olunmuş hüquqi tələb, prinsip və mexanizmlər tədris edilmişdir. Bununla yanaşı, tədrisi həyata keçirən şəxslərin şəxsi təcrübəsi, habelə praktikada mütəmadi rast gəlinən digər hallar əsasında hazırlanmış praktiki məsələlər üzrə təlim mövzularının tədrisi aparılır.

Qeyd edək ki, təlim başlama müddətindən 2 ay ərzində davam edəcəkdir. Təlimlər bu sahədə uzunmüddətli təcrübəyə malik təlimçilər olan Namiq Qurbanov, Tural Məmmədov və Fuad Məmmədov tərəfindən həyata keçirilir.

Əlaqəli layihəVergi uçotu təlimləri

Oxşar xəbərlər