Şriftin ölçüsü:
Resurs İdarəetmə MərkəziPeşəkar yanaşma, effektiv həll!
Ana səhifə / Layihələr / Vergi uçotu təlimləri

Vergi uçotu təlimləri

İcrası yekunlaşmışBaşlama21 dekabr 2023Bitmə10 fevral 2024

Vergi uçotu təlimləri.

Layihə üzrə görülmüş işlər haqqında

Resurs Effektivliyi Mərkəzi tərəfindən 21 dekabr 2023-cü il tarixində vergi uçotu təliminin tədrisinə başlanılmışdır. Təlimlər ərzində vergi uçotuna dair nəzəri və praktiki biliklərin aşılanması, real maliyyə situasiyalarına uyğun halların simulyasiya formatında qiymətləndirilməsi, qanunvericiliyə uyğun və effektiv tətbiqi qərarların müəyyən edilməsi və icrası həyata keçirilmişdir.

Resurs Effektivliyi Mərkəzi tərəfindən təsdiq edilən təlim proqramına (əlavə olunur) uyğun olaraq, təlim müddətində təlim iştirakçılarına zəruri nəzəri biliklər, Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə təsbit olunmuş hüquqi tələb, prinsip və mexanizmlər tədris edilmişdir. Bununla yanaşı, tədrisi həyata keçirən şəxslərin şəxsi təcrübəsi, habelə praktikada mütəmadi rast gəlinən digər hallar əsasında hazırlanmış praktiki məsələlər üzrə təlim mövzularının tədrisi icra edilmişdir.

Qeyd edək ki, təlim başlama müddətindən 2 ay ərzində davam etmişdir. Təlimlər bu sahədə uzunmüddətli təcrübəyə malik təlimçilər olan Namiq Qurbanov, Tural Məmmədov və Fuad Məmmədov tərəfindən həyata keçirilmişdir.

Təlimdə iştirak etmiş şəxslər: 7 nəfər

Təlimdə sertifikat almış şəxslər: 7 nəfər

Təlim Resurs Effektivliyi Mərkəzi tərəfindən təsdiq edilmiş “Resurs Effektivliyi Mərkəzi tərəfindən təlimlərin təşkili, keçirilməsi, qiymətləndirilməsi və sertifikatlaşdırılması Qaydaları”na uyğun olaraq həyata keçirilmiş və bu məqsəd üçün yaradılmış müvafiq komissiya tərəfindən iştirakçı nəticələri qiymətləndirilmişdir.

Təlimin keçirilməsi barədə 24 noyabr 2023-cü il tarixində Resurs Effektivliyi Mərkəzinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında elan verilmişdir Ətraflı. Bununla yanaşı, təlimin gedişatı barədə Resurs Effektivliyi Mərkəzinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında mütəmadi məlumat verilmişdir 21 dekabr 202311 yanvar 20241 fevral 2024.

Xidmətlər
Təlim və koordinasiya
İcraçılar
Namiq Qurbanov, Tural Məmmədov, Fuad Məmmədov
Status
İcrası yekunlaşmış
← Layihələr